Sual: "Roaccutane nədir və siz onunla müalicə edirsinizmi?" Cavab: "Roaccutane bir dərmandır. Dəri xəstəliklərində ondan istifadə olunur. Müasir tibbdə akne vulqaris xəstəliyinin müalicəsində ümumi səpkilərlə bu xəstəliyi tanıyırıq. Bunların müalicəsində işlənir. Bu xəstəliyin müalicəsindən ümumi danışaq.
Hər bir xəstəlik üçün tibbdə standart metodlar və müalicələr var. Hər bir həkim bu standartlar üstündə çalışmalıdır və standartlara uyğun müalicə etməlidir. Xəstəlik şiddətindən asılı olaraq yüngül və ağır formada olur. Bunların müalicəsində fərq var. Roaccutane müasir tibbdə akne vulqarisin çox ağır vəziyyətlərində kistik və nudolo kistik olan zamanda və ya hər vaxt dəridə çapıqlar və izlər buraxma ehtimalı var və ya görünür ki keçmişdə çapıqlar və izlər buraxıb. Bu zaman bu dərmandan istifadə edilir. Ümumiyyətlə dərmanın təyinatı belə olur.
Bu çox zaman həkimdən asılı deyil xəstəliyin vəziyyətindən asılıdır. Hər bir vəziyyətə görə tibbdə, dermatolojidə bunun müalicələri təyin olunub. Yüngül aknenin, orta və ağırın müalicəsi nə olmalıdır və bu vəziyyətlərdə nələr olunmalıdır. Bu araşdırılmalıdır. Son zamanlarda hər kəs öz şəxsi fikrini tibbi sahəyə qatır. Buna həm bizim həmkarlarımız həm də xəstələrimiz aiddir. Şəxsi fikri müdaxilə edirlər. Biri deyir ki bu dərmanı içmərəm, biri deyir bu dərmanı vermək düz deyil. Biz düşünürük ki həkim kimi o dərmanları qəbul etmək və ya etməmək səlahiyyətimiz yoxdur. Çalışırıq ki dünyada olan standartlar əsasında xəstələrimizi müalicə edək."
Şərhlər