Kişi tipli saç tökülməsi nədir? Androgenetik alopesiya Müalicəsi necədir?
Androgenetik alopesiya genetik meyli olan insanlarda androgenlərin (kişi hormonları) təsiri nəticəsində saçların seyrəlməsi və tökülməsi ilə xarakterizə olunan bir vəziyyətdir. Kişi tipi keçəllik, kişi tipi saç tökülməsi kimi də tanınır.
Androgenetik alopesiya (kişi tipi saç tökülməsi) qadınlarda da görünə bilərmi?
Bəli, bunu hər iki cinsdə görmək olar. Kişilərdə və qadınlarda ən çox rast gəlinən saç tökülməsi növüdür. Hər iki cinsdə yetkinlik dövründən əvvəl rast gəlinməz.
Simptomlar:
Androgenetik alopesiya (kişi tipi saç tökülməsi) özünü necə biruzə verir?
Androgenetik alopesiya kişilərdə alın və təpədəki saçların seyrəlməsi, yavaş uzanması, saçların asanlıqla tökülməsi kimi başlayır və irəliləyərək alın-saç xəttinin baş dərisi üzərində geri çəkilməsinə, təpədəki saçların tamamilə tökülməsi və keçəlləşməyə səbəb olur. Qadınlarda əsasən başın bütün nahiyəsində və ya təpə nahiyəsində tüklərin incəlməsi şəklində görülür.
Androgenetik alopesiya (kişi tipi saç tökülməsi) diaqnozu necə qoyulur?
Androgenetik alopesiya olan xəstənin müayinəsində hər hansı əsas endokrin pozğunluq yoxdursa, heç bir laborator müayinə tələb olunmur. Androgenetik alopesiya olan qadınların əksəriyyətində hormonal pozğunluq yoxdur. Saç tökülməsinə əlavə olaraq, saç artımı, şiddətli sızanaq, dəri yağlanması və menstrual pozğunluqlar varsa, yumurtalıqların və adrenal vəzi xəstəliklərini inkar etmək üçün hormonal qan analizləri aparılmalıdır.
Müalicə:
Minoksidil spreyi: Xarici olaraq 2% və 5% formada saç tökülən nahiyələrə tətbiq olunur. Həm kişilərdə, həm də qadınlarda istifadə edilə bilər. Anti-hormonal təsiri yoxdur. Gündə 2 dəfə müntəzəm olaraq saç tökülməsi olan nahiyəyə çəkilib barmaqların köməyi ilə yayılmalıdır. Tətbiqdən sonra əllər yuyulmalıdır. Effektivliyinin qiymətləndirilməsi üçün bir neçə ay istifadə edilməlidir. Bəzən tətbiq sahəsindəki allergik kontakt dermatit kimi əlavə təsirləri ola bilər.
Finasterid: Bu, androgenetik alopesiyaya səbəb olan hormonlardan birinin istehsalını azaltmağa kömək edən tablet şəklində bir dərmandır.
Spiranolakton: Hormonların istehsalını azaldaraq fəaliyyət göstərir. Minoksidil müalicəsinə cavab verməyən qadınlarda müalicəyə əlavə edilə bilər. Həkimin nəzarəti altında istifadə edilməlidir. Hamilə qadınlarda istifadə edilməməlidir.
Saç əkilməsi: Cərrahi üsuldur, əməliyyat otağı şəraitində tətbiq edilməlidir. Baş dərisindəki sağlam saç kökləri alınaraq saç tökülən nahiyələrə köçürülür.
Tökülməni yavaşlatmaq və yeni saçların çıxmasını təmin etmək üçün mütləq dermatoloqa müraciət etməlisiniz.
Dermatoloq Dr Mehdi Mahmudi
Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w
Şərhlər