Üzün mezosaplarla dartılması (Tredliftinq) nədir?

DERMATOLOGİYA

by Dermatoloq 590 Baxış Şərh

Üzün mezosaplarla dartılması (Tredliftinq) nədir?

ss

 

Mezosap müalicəsi əməliyyatsız üz gərmə əməliyyatıdır. Yerin cazibə qüvvəsi və yaşın irəliləməsi səbəbindən zamanla üzdə yaranan sallanma və qırışların müalicəsi üçün istifadə olunur. Bu texnika ilə dəri sallanması əməliyyata ehtiyac olmadan bərpa edilir. Dərinin altına yerləşdirilən saplar sayəsində dəri yuxarıya doğru uzanır və kollagen istehsalı tətiklənir.  Yaşlanma əlamətləri geri qayıdır, dəri daha gənc, daha canlı  görünür. Cərrahi üz gərmə ilə müqayisədə daha qısa, ağrısız, tikişsiz və rahatdır.

 

Bu prosedur ağrılıdırmı?

 

 Prosedurdan əvvəl lokal anesteziya ilə anesteziya edildiyi üçün ağrı minimum səviyyədə hiss olunur.  İplərin giriş-çıxış nöqtələrinə iynə vasitəsi ilə yerli keyidici maddə vurulur və bu nahiyələr prosedurdan əvvəl tamamilə hissizləşdirilir.  Uyuşmuş nahiyələrdən sap dəri altından irəli çəkilir və prosedur ağrısız şəkildə aparılır.

 

Mezosapların effekti nə vaxt görünməyə başlayır?

 

 Onun təsiri 4-6 həftədən sonra görünməyə başlayır.  Dərinin altındakı iplərin dərini uzatması və kollagen istehsalını tətikləməsi üçün 1 ay vaxt lazımdır.

 

Mezosapların təsiri nə qədər davam edir?

 

 Kollagen istehsalı orta hesabla 1 il davam edir.  Onun təsiri tamamilə itmir, lakin yaşla birlikdə müəyyən qədər yeni sallanmalar və qırışlar yarana bilər.

 

Mezosap estetikasından əvvəl nələrə diqqət edilməlidir?

 

 Psoriaz, lupus kimi dəri xəstəlikləri və antikoaqulyant dərmanlar istifadə edən xəstələr prosedurdan əvvəl həkimə məlumat verməlidirlər. Keloidi olan insanlar mütləq bunu dermatoloqa bildirməlidir. Botoks, filler, lazer kimi əvvəlcə tətbiq olunan prosedurlar barədə dermatoloqa məlumat verilməlidir.

 

Bu prosedurla yanaşı botoks və dolgu kimi başqa kosmetik prosedurlar da etmək olarmı?

 

 Dermatoloqun tövsiyəsi ilə bunu edə bilərsiniz.  Ümumiyyətlə ilk olaraq sap müalicəsi, 1 aydan sonra isə dolgu müalicəsi tətbiq olunur.

 

 Sap prosedurunun üzünüzə uyğun olub-olmamasına dermatoloqunuz qərar verəcək. Bəzi sallanmalarda cərrahi əməliyyat lazım ola bilər. Üzün piy toxuması ciddi şəkildə incəlmiş insanlarda bu müalicə nəticə verməyə bilər.  Dermatoloq üzünüzü müayinə edəcək və bu müalicədən faydalanıb-yaxşımayacağınızı sizə məlumat verəcəkdir.

 

Kosmetik Dermatoloq  Dr Mehdi Mahmudi

Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w

Şərhlər