Seboreik dermatit nədir? Seboreik dermatitin müalicəsi necədir?

DERMATOLOGİYA

by Dermatoloq 757 Baxış Şərh

Seboreik dermatit nədir? Seboreik dermatitin müalicəsi necədir?

ss

 

Seboreik dermatit baş dərisi, üz, sinə və bədən qıvrımlarında qabıqlanma və kəpəyə səbəb olan dəri xəstəliyidir. Seboreik dermatit bəzi xəstələrdə müalicəyə ehtiyac olmadan yaxşılaşa bilər, lakin xəstəliklə əlaqəli əlamətlər ağır ola bilər və xəstənin gündəlik həyatına mənfi təsir göstərə bilər.  Belə hallarda müalicə lazımdır. Yağlı dəridə yaranan, qızartı və qaşınma ilə xarakterizə olunan çox yayılmış bir xəstəlikdir. Dərinin üst təbəqəsi qalınlaşır, dəri quruyur və qabıqlanır.

 

SEBOREİK DERMATİTİN SƏBƏBƏLƏRİ NƏLƏRDİR?

 

  Seboreik dermatitin etimologiyasında genetik meyllilik böyük rol oynayır. Stress, yorğunluq, yuxusuzluq, gərgin iş rejimi seboreik dermatitə səbəb ola bilər. Bununla belə, şərab və pivə kimi fermentləşdirilmiş içkilər də seboreik dermatitin alovlanmasına səbəb ola bilər.

 

  Seboreik dermatitin iki növü var, körpələrdə və yetişkinlərdə rast gəlinən tipləri. Körpəlik tipli seboreik dermatit əsasən ilk üç ayda başlayır və bir yaşa qədər geriləyir. Yetkinlərdə adətən yetkinlik dövründən sonra baş verir. Kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. Ən çox yağlı dəri tipinə malik insanlarda rast gəlinir.

 

  SEBOREİK DERMATİT ƏN ÇOX HANSI NAHİYYƏLƏRDƏ RAST GƏLİNİR?

 

  Körpələrdə və böyüklərdə seboreik dermatit müxtəlif lokalizasiyalarda fərqli klinik şəkillər nümayiş etdirir.

 

  Körpəlik tipli seboreik dermatitdə baş dərisinin tutulması və gövdə tutulması müşahidə edilir.  Baş dərisində qalın, sarı və yağlı qabıqlar şəklində olan kəpəyə səbəb olur.  Bədəndə seboreik dermatit qol, dirsək, diz və boyun qıvrımlarında görünə bilər.

 

  Yetkinlərdə baş dərisi, üz və gövdə tutulmasına daha çox təsadüf olunur. Seboreik dermatit ən çox saçlı və tüklü dəri sahələrinə təsir göstərir. Daha çox qaşlarda, burnun yanlarında, yanaqlarda, qulaqların içərisində və qulaq arxasında müşahidə edilir.  Qaş və kirpiklərdə kəpəyə səbəb ola bilər. Kişilərdə saqqal nahiyəsində saç kökünün iltihabı kimi görünə bilər. Bədəndə döş qəfəsinin aşağı və ortasında, qarın nahiyəsində, nadir hallarda isə qoltuqaltı və qasıq nahiyələrində baş verə bilər.

 

 Qaşıntılı qızartı, qabıqlanma, pullanma şəklində görünür. Bəzən bütün bu bölgələri, bəzən də tək bir bölgəni əhatə edə bilər. Bəzən yalnızca burun kənarında, baş dərisində görünə bilər. Həyat boyu müxtəlif dövrlərdə eyni insanda müxtəlif bölgələrdə də görünə bilər.

 

SEBOREİK DERMATİT NECƏ MÜALİCƏ EDİLİR?

 

   Seboreik dermatit müalicə olunsa belə, gələcəkdə təkrarlanma ehtimalı vardır. Müalicədə daha çox kortizonlu kremlərdən istifadə edilir. Bundan əlavə, tərkibində bitki mənşəli maddələr olan, dərman olmayan, baxım terapiyasında istifadə olunan və təkrarlanmanın qarşısını alan kremlər var. Müalicədə həmçinin antifungal kremlərdən də istifadə oluna bilər. Müalicə xəstəliyin mərhələ və şiddətinə görə dermatoloq tərəfindən individual olaraq təyin edilir.

 

Şərhlər