Sağlam dəri üçün qidalanma tövsiyələri

DERMATOLOGİYA

by Dermatoloq 616 Baxış Şərh

Sağlam dəri üçün qidalanma tövsiyələri

ss

 

Bədənin sağlamlığı üçün qidalanma vacibdir. Qeyri-sağlam qidalanma maddələr mübadiləsinə zərər verə və kökəlməyə səbəb ola bilər.

Tükətdiyimiz qidalar dərimizə necə təsir edir?

 Qidalanmanın dərinin sağlamlığına və qocalmasına əhəmiyyətli dərəcədə təsir edə biləcəyi artıq aydındır. Sağlam dərinin təməli yaxşı qidalanmadır.

 

 Sağlam dəri üçün sağlam qidalanma lazımdır. Dərinizə sürtdüyünüz məhsullar qədər qəbul etiyimiz qidalar da önəmlidir. Qida həzm edildikdən sonra orqanizmdə sağlam dəri yaratmaq üçün istifadə edə biləcəyi vitaminlər, minerallar və amin turşularına parçalanır.

 

Ən yaxşı dəri pəhrizi müxtəlif rəngli tərəvəz və meyvələrdən, dərini gücləndirən omeqa-3 yağ turşularından, kollageni artıran C vitamini və antioksidant A və E vitaminlərindən ibarət olan pəhrizdir.  Əksəriyyətimiz yalnız meyvə və tərəvəzləri antioksidant mənbəyi hesab edirik, lakin təəccüblüdür ki, otlar və ədviyyatlar da antioksidantlarla zəngindir.  Misal üçün;  Hindistan mətbəxində tez-tez rast gəlinən ədviyyat, zərdəçal ən yaxşı antioksidantlardan biridir.

Vitaminlər və əsas yağ turşuları ilə yanaşı, kifayət qədər karbohidrat və zülal aldığınızdan da əmin olmalısınız. Karbohidratlar sizi enerji ilə təmin edəcək, protein əzələləri bərpa etməyə və qurmağa kömək edəcəkdir. Bütün bunlar sağlam balansdan ibarətdir. Su içməyə laqeyd yanaşmayın. İçməli su toksinləri atmağa kömək edəcəkdir.

 

  Bəzi araşdırmalar göstərir ki, işlənmiş şəkərlər və qeyri-sağlam yağlarla zəngin qidalanma dərinin qocalmasına səbəb olur. Sağlam dəri üçün şəkərdən uzaq durmalısınız.

 

 Eyni zamanda, aşağı glisemik indeksli diyetlərin, yəni şəkəri aşağı olan pəhrizin sızanaqlara meylli dərilər üçün faydalı olduğu sübut edilmişdir. Sızanaq əmələ gəlməsini azaltmaq üçün şəkəri mümkün qədər azaltmalısınız. Şəkərli qidaları meyvə, tərəvəz və sağlam omeqa-3 mənbələri kimi qidalı qidalarla əvəz etməlisiniz.

 

  Süd məhsulları

 Süddə sızanaq əmələ gəlməsi prosesini başlatmaq üçün dəridəki hormon reseptorlarına təsir edən testosteron və digər androgenlərin prekursorları olduğundan, bu məhsullar sızanaqları tətikləyə və ya pisləşdirə bilər.  Əgər sızanaqlara meylli dəriniz varsa, süd məhsullarını qida rasionunuzda azaldın..

 

Sağlam qidalanmaq üçün rasionumuza daxil etməli olduğumuz qidalardan bəzi nümunələr verək.

 

 Yağlı balıq

 

 Somon və skumbriya kimi yağlı balıqlar sağlam dəri üçün əla qidalardır. Dərinin sağlamlığını qorumaq üçün vacib olan omeqa-3 ilə zəngindir. Omeqa-3 yağ turşuları dərinin qalın, elastik və nəmli qalmasına kömək etmək üçün vacibdir.  Yağlı balıq həm də dəriniz üçün ən vacib antioksidantlardan biri olan E vitamini mənbəyidir.  Dərinizi sərbəst radikalların və iltihabın yaratdığı zərərdən qorumaq üçün kifayət qədər E vitamini almaq vacibdir. Bu növ dəniz məhsulları həm də dərinizin möhkəmliyini və bütövlüyünü qorumaq üçün vacib olan yüksək keyfiyyətli protein mənbəyidir.

 

 Avokado sağlam yağlarla zəngindir.  Dərini elastik və nəmli saxlamağa kömək etmək üçün bu yağlardan kifayət qədər almaq vacibdir. Avokado həm də dərini oksidləşdirici zərərdən qorumağa kömək edən yaxşı E vitamini mənbəyidir. Tərkibində dərinizin güclü və sağlam qalmasını təmin edən əsas struktur protein olan kollageni əmələ gətirmək üçün lazım olan C vitamini də var.

 

 Qoz - bədəninizin öz-özünə istehsal edə bilməyəcəyi yağlar olan əsas yağ turşularının yaxşı mənbəyidir. Həm omeqa-3, həm də omeqa-6 yağ turşuları baxımından digər çərəzlərdən daha zəngindir.  O, həmçinin sink, E vitamini, selenium və zülal mənbəyidir - dərinizin sağlam qalması üçün lazım olan bütün qidalar.

 

 Qırmızı və ya sarı bolqar bibəri

 Bolqar bibəri vücudunuzun A vitamininə çevirdiyi beta karotinin əla mənbəyidir.  Beta karotinlər təbii günəşdən qoruyucu kimi fəaliyyət göstərərək dərinizi sağlam saxlamağa kömək edir. Onlar həmçinin C vitamininin ən yaxşı mənbələrindən biridir. Bu vitamin dərini sıx və güclü saxlayan kollagen zülalının qurulması üçün vacibdir.

 

 Brokoli sink, A vitamini və C vitamini də daxil olmaqla dəri sağlamlığı üçün vacib olan bir çox vitamin və minerallarla zəngindir.  Tərkibində dəri xərçənginin qarşısını almağa və dərinizi günəş yanığından qorumağa kömək edən sulforafan da var.

 

 Pomidor C vitamininin böyük mənbəyidir və likopen də daxil olmaqla bütün əsas karotenoidləri ehtiva edir.  Beta karoten, lutein və likopenin dərinizi günəşin yaratdığı zərərdən qoruduğu sübut edilmişdir.

 

 

 Tünd şokolad

 Budur şokolad yemək üçün başqa bir səbəb.

 Kakao dərinizi günəş yanığından qoruya bilən antioksidanlar ehtiva edir.  Bu antioksidanlar həmçinin qırışları, dərinin qalınlığını, nəmliyini, qan axını və dəri toxumasını yaxşılaşdıra bilər.

 

 Faydaları maksimuma çatdırmaq və şəkəri minimumda saxlamaq üçün ən azı 70% kakaolu tünd şokolad seçin.

 

 Yaşıl çay - dərinizi zədələrdən və yaşlanmadan qorumağa kömək edə bilər.  Yaşıl çayda olan katexinlər dərini günəşin zərərindən qoruyan və qızartıları azaldan, eyni zamanda dərinin nəmlənməsini, qalınlığını və elastikliyini artıran güclü antioksidantlardır.

 

 Qırmızı üzümdə olan məşhur antioksidant resveratrol dərinizə zərər verən sərbəst radikalları parçalayaraq dərinizin qocalma prosesini ləngidə bilər. Resveratrol nar və çiyələkdə də boldur.

 

 Unutmayın ki, sağlam dəri üçün ən yaxşı qidaların çoxu ümumi sağlamlığı da dəstəkləyir. Sağlam dəri üçün xüsusi qidalara diqqət yetirmək əvəzinə, ümumiyyətlə sağlam qidalanmaya diqqət yetirin.  Bol meyvə və tərəvəz yeyin.  Şirniyyatları məhdudlaşdırın.  Sağlam seçimlər edərkən qidalanmada çeşidliyi artırmağa çalışın.

 

Şərhlər