Q-switch lazer nədir? Dermatoloq Dr. Mehdi Mahmudi

DERMATOLOGİYA

by Dermatoloq 489 Baxış Şərh

Q-switch lazer nədir? Dermatoloq Dr. Mehdi Mahmudi

ss

 

Q switch lazerlərlər nədir?

Q-switch lazer melanin dediyimiz rəng piqmentini çox yaxşı seçən lazer üsuludur. Bu səbəblə ləkə və döymə silmə kimi hallarda müvəffəqiyyətlə istifadə edilir. İstifadə səbəbindən asılı olaraq 1-6 seans arasında tətbiq oluna bilər.

 

Q switch lazerləri hansı hallarda istifadə olunur?

Tatu silinməsi

Günəş ləkələri

Yaşlılıq ləkələri

Anadangəlmə ləkələr

Yara/yanıq bənzəri səbəblərə bağlı inkişaf edən ləkələr

Çillər

Q switch lazerlərinin hər hansı yan təsirləri varmı?

Tətbiq yerində qızartı, qabıqlanma, sulanma, şişkinlik baş verə bilər. Orta hesabla 5-7 gün ərzində sağalır. Bunun üçün dermatoloq sizə kremlər təyin edəcək. Günəşdən qorunmaq çox vacibdir.

 

Q switch lazerlərinin təsiri nə qədər davam edir?

Ləkənin genişliyindən, müddətindən və dərinliyindən asılı olaraq tamamilə və ya qismən silinə bilər. Tamamilə silinən döymələrin və doğum ləkələrinin təsiri qalıcıdır.

 

Şərhlər