Mikrodermabraziya (almaz pilinq) nədir? Niyə tətbiq olunur? Dr Mehdi Mahmudi
Mikrodermabraziya dərinin üst təbəqəsinin kiçik kristal hissəciklər sayəsində tədricən idarəli şəkildə soyulması prosesidir. Bu sürtünmə effekti problemli nahiyədə dərinin üst qatında olan toxumaları və ya ölü toxumaları məhv edir və yeni hüceyrələrin əmələ gəlməsini tətikləyir. Dəri ləkələri, incə qırışlar, sızanaq izləri, dərinin cavanlaşması və dərinin bərpası məqsədləri üçün istifadə olunur.
Mikrodermabraziya proseduru necə həyata keçirilir?
Adətən ağrısızdır, bəzən yüngül yanma, batma hiss oluna bilər. Əvvəlcədən anesteziya tələb olunmur. Seanslar təxminən 10 dəqiqə davam edir. Dermatoloqunuzun tövsiyəsinə əsasən 2-4 həftəlik fasilələrlə 3-6 seans oluna bilər.
Mikrodermabraziyanın hər hansı əks təsiri varmı?
Tətbiq olunan nahiyədə bir neçə gün ərzində qızartı, qabıqlanma, qaşınma və qıcıqlanma ola bilər. Bu əks təsirləri minimuma endirmək üçün dermatoloqunuz sizə krem müalicələri verəcək. Günəşdən qorunmaq vacibdir. Prosedurdan sonra ləkələrin yaranmasının qarşısını almaq üçün 50 SPF qoruyucu faktorlu günəşdən qoruyucu vasitələrdən istifadə etmək məsləhətdir.
Kimlərə mikrodermabraziya tətbiq edilməməlidir?
Tətbiq olunacaq nahiyədə herpes və s. kimi yoluxucu virus xəstəlikləri varsa mikrodermabraziya edilmir.
- Bütün Dermatoloji problemlər üçün Dermatoloq Dr.Mehdi Mahmudi ilə əlaqə saxlaya bilərsiniz:
DermatoloqDr Mehdi Mahmudi
Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5
Şərhlər