Melazma Haqqında Sual - Cavab | Dermatoloq Mehdi Mahmudi
İnadçı melazmanı necə müalicə edə bilərəm?
İl boyu günlün baxımla pigment əngəlləyici günəşdən qoruyucu kremlər, profesional şəkildə olan üz üçün prossedurlar bu inadçı vəziyyətdən qurtulmağınıza kömək edəcək.
Melazmanı çoxaldan nədir?
Günəşə məruz qalmaq: Günəşdən gələn ultrabənövşəyi işıqlar melaninlərə təsir edir və qıcıqlandırır. Əslində az dərəcədə günəşə məruz qalmaq melasmanın geri qayıtmasına səbəb ola bilər. Yaz və yay aylarında melazmanın çoxalma səbəbi də budur .
Melazmanın yayılmasının qarşısını necə almaq olar?
1. Günəş kremindən mütəmadi olaraq istifadə.
2. Açıq havada müxtəlif geniş şlyapalardan istifadə.
3. Dəri qulluğu.
Hansı əksiklik melazmaya səbəb ola bilər?
Melazma çox qadında ortaya çıxan həyatı dəyərləri aşağı salan xroniklik qazanmış hipermelanozdur. Tədqiqatlar dəmir əksikliyi və B12 vitamin əksikliyinin bir nəticəsi olaraq ortaya çıxdığı irəli sürülüb.
Melazma nə qədər dəridə qalır?
Melazma tipik xroniki xəstəlikdir. Bu uzun qaldığı mənasına gəlir ( 3 aydan daha çox)
Bəzi insanlar bütün həyatları boyunca melazmaya sahib ola bilərlər. Digər insanlar da hamiləlik vaxtında da melazma yarana bilər.
Limon suyu melazmanın sağalmasına səbəb ola bilər?
Melazmanı müalicə etmək üçün limon suyunun arxasındakı fikir alma sirkəsinə oxşayır. Çox saytlarda limonu üzünüzə sürtərək ovmağınızı və suyla yumağınızı tövsiyyə edir. Limon suyunun ağardıcı bir maddə olduğu üçün dərinin rəngini açdığı düşünülməkdədir.
Hansı yeməklər melazmanı daha da ağırlaşdırır?
Hiperpigmentasiyaya səbəb olan hormanlar olan yeməklərin örnəkləri, estrogen ehtiva edən soya məhsulları, qara lobya, kətan toxumu və noxud.
Başqa suallarınızı bizə yaza bilər və prosedurlara qəbul üçün bizə zəng edəbilərsiniz:
Dermatoloq Dr.Mehdi Mahmudi +994 51 876 43 88
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı, Salutem Dermatoloji Klinika - Tel: (012) 988
Şərhlər