Koronavirusun saç tökülməsinə təsiri - Dermatoloq Dr.Mehdi Mahmudi

DERMATOLOGİYA

by Dermatoloq 561 Baxış Şərh

Koronavirusun saç tökülməsinə təsiri - Dermatoloq Dr.Mehdi Mahmudi

Həm qadınlar həm kişilər üçün ən önəmli aksesuarlardan biri olan saçlarda vaxt aşırı tökülmə, cansızlıq, qırılmalar ola biləcəyini dedi. 

Gündə 50-100 saç telinin tökülməsi normaldır, lakin başınızı yuduqda ovucunuza saçlar gəlirsə burda artıq narahat olmaq şərtdir.

Stress, infeksiyalar, bəzi  dərmanlar, travmalar, qızdırmalı xəstəliklər, doğuşdan sonra, düzgün qidalanmamaq kimi özəlliklər saç tökülməsinə səbəb ola bilər həmçinin Covid 19 xəstələrində daha sonradan saç tökülmə müşahidə olunur. Ancaq saç tökülməsi karona virus simptomları arasında yoxdur. 

Pandemiya ilə mübarizə zamanı insanlar xəstəliyə tutulmamaq üçün bir efor xərc edirlər , burda insanların psixoloji problemləri ilə yanaşı saç tökülmələrinə də səbəb ola bilər. 

Covid 19 infeksiyası zamanında yaşanılan hədsiz stress, qızdırma və dərmanların əks təsirləri səbəbi ilə təxmini yoluxmadan 2-4 ay sonra saç tökülmə müşahidə olunmaqdadır.

Pandemiya vaxtında uzun müddət evdə qalmaq stress və psixoloji səbəblərlə yanaşı D vitamini əksikliyinə də gətirib çıxarır bu anda saç tökülmə səbəblərindən sayıla bilər.

 

Başqa suallarınızı bizə yaza bilər və prosedurlara qəbul üçün bizə zəng edəbilərsiniz:
Dermatoloq Dr.Mehdi Mahmudi   +994 51 876 43 88                     

Adres: Nazim Hikmət 66, Yasamal, Bakı, Salutem Dermatoloji Klinika - Tel: (012) 988

Şərhlər