Günəş kremləri vacib məlumatlar? Nələrə diqqət edilməlidir?

DERMATOLOGİYA

by Dermatoloq 515 Baxış Şərh

Günəş kremləri vacib məlumatlar? Nələrə diqqət edilməlidir?

ss

 

Günəş şüaları bir çox dəri probleminə - ləkə, qırışlar, dərinin bəd xassəli şişlərinə səbəb olmaqla yanaşı, akne və rozasea kimi əvvəlcədən mövcud olan dəri xəstəliklərini də şiddətləndirə bilir. Günəş şüalarının 3 növü var: 

1. UVA - şüaları dəridə erkən yaşlanma və qırışlara səbəb olur. 

2. UVB - şüaları dərinin üst təbəqəsinə nüfuz edir, dəridə bronzlaşma və yanıqlara səbəb olur. 

3. UVC - ən zərərli şüa növüdür. Stratosfer təbəqəsi tərəfindən udulur və yer səthinə demək olar ki, çatmır. Strelizasiya məqsədilə istifadə edilir. 

 

Dərinin günəş işığına həssaslığına görə dəri tipləri 1-ci tipdən (ən açıq rəngli dəri), 4cü tipə qədər (ən tünd rəngli dəri) sinifləndirilmişdir. 1 və 2-ci dəri tipinə sahib insanların xərçəng və dəri yaşlanması riski daha çoxdur. Ancaq erkən yaşlanma bütün dəri tiplərində günəş şüalarına məruz qaldıqdan sonra görülə bilər.

Günəş şüalarının zərərli təsirindən qorunmaq üçün günəş kremləri ilin bütün fəsillərində istifadə olunmalıdır. Bəs günəş kremi seçərkən nələrə diqqət edilməlidir?

1. Ən az 30 SPF (sun protection factor) günəş kremlərinə üstünlük verilməlidir. 

2. Broad Spektrum - geniş təsir spektrumuna malik olmalıdır. Yəni həm UVA, həm də UVB şüalarından qoruması olmalıdır.

3. Water resistant - suya  dayanıqlı olmalıdır.

 

Günəş kremləri necə istifadə edilməlidir? 

Günəşə çıxmazdan 15-20 dəqiqə əvvəl üz və boyun dərisinə, eləcə də açıqda qalan digər dəri sahələrinə sürülməli, hər 2-2,5 saatdan bir yenilənməlidir.  

Unutmayın ki, iyirmili yaşlarda istifadə olunan günəş kreminin yerini qırxlı yaşlarda edilən heç bir kosmetoloji prosedur doldura bilməz. Dərinizin qeydinə qalın.

 

Kosmetik Dermatoloq  Dr Mehdi Mahmudi

Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w

Şərhlər