Fraksional lazer nədir? Dermatoloq Hekim

DERMATOLOGİYA

by Dermatoloq 463 Baxış Şərh

Fraksional lazer nədir? Dermatoloq Hekim

ss

 

Fraksional lazer dərinin cavanlaşdırılmasında etibarlı bir prosedurdur və bunu etdikdən sonra gündəlik həyatınıza qayıda bilərsiniz. Bu tətbiq köhnə epidermal piqment hüceyrələrini məhv edir, dərimizə dərindən nüfuz edir və hər mikrotermal zədələnmə ilə bölgədəki dərinin regenerasiyasını təmin edir.

 

Son illərdə sızanaq, çapıq, yanıq, ləkə, günəş ləkələri və kəsilmiş çapıqların müalicəsində istifadə edilən ən təsirli üsullardan biridir.  Eyni zamanda bu üsul dəridə olan qırışların kosmetik korreksiyası və dərinin yenilənməsi üçün istifadə olunur.

 

Fraksional lazer proseduru nə qədər davam edir?

Anestezik krem ​​prosedurdan 15 dəqiqə əvvəl tətbiq olunur, prosedur 20-45 dəqiqə ərzində tamamlanır.

 

Prosedurdan sonra nələrə diqqət edilməlidir?

Prosedurdan sonra su əsaslı nəmləndiricilər və günəşdən qoruyucu kremlər tövsiyə olunur. Prosedurdan sonra xüsusilə ilk 3 gündə günəşdən çox yaxşı qorunmalıdır.

 

Fraksional lazer hansı problemlərdə tətbiq olunur?

Qırışlar 

Genişlənmiş məsamələr Sızanaq izləri 

Dəri strukturunda nizamsızlıq və boşluqlar

Cərrahi çapıqlar 

Yara və əməliyyat izləri Kəsik izləri 

Yanıq izləri 

Göz ətrafında yağ yığıntıları Kiçik xoşxassəli dəri törəmələri

 

Yan təsirləri hansılardır?

Tətbiqdən sonra dəridə qızartı və ödem əmələ gələ bilər. Adətən 24 saat ərzində tamamilə geriləyir. Dərinin mikrotermal zədələnməsi səbəbindən sancaq başı şəklində qabıqlanma meydana gələ bilər. Bu qabıqlar adətən kənardan nəzərə çarpmır və orta hesabla 4-5 gün ərzində tökülür və nəticədə daha yumşaq, hamar bir dəri əldə edilir.

 

Təsiri nə vaxt başlayır?

Tam nəticə təkrar seanslardan sonra 4-6 ay ərzində əldə edilsə də, ilk seansdan sonra da fərqlər gözlə görünür.

Şərhlər