Dolğu tətbiqləri - Dolğudan əvvəl və sonra nələrə diqqət edilməlidir?

KOSMETOLOGİYA

by Dermatoloq 750 Baxış Şərh

Dolğu tətbiqləri - Dolğudan əvvəl və sonra nələrə diqqət edilməlidir?

ss

 

Dolğunun ən çox  tətbiq edildiyi nahiyələr hansılardır?

Nazolabial sulkuslarda dərin xətlərin doldurulması (burun kənarlarından dodaqların kənarlarına qədər uzanan boşluq)

Almacıq sümüklərinin və yanaqların dolğunlaşdırılması

Göz altı çökəkliklər və qaralmalar 

Göz ətrafında və alındakı qırışlar

Dodaqları dolğunlaşdırmaq

Çapıqların və sızanaq izlərinin doldurulması

Üzdəki incə qırışların aradan qaldırılması

Burun korreksiyası üçün

 

Prosedurdan əvvəl nələrə diqqət edilməlidir?

1. Hər hansı bir maddəyə allergiyanız varsa dermatoloqunuza məlumat verin.

2. Əvvəl tətbiq olunan doğuların növünü və tətbiq vaxtını bildirin.

3. Prosedurdan təxminən bir həftə əvvəl aspirin və buna bənzər ağrıkəsicilər və qan durulaşdırıcılar həkiminizin tövsiyəsi ilə kəsilə bilər.

 

Prosedur nə qədər davam edir?

Tətbiq edilən nahiyənin ölçüsünə və istifadə edilən maddənin növünə görə 10-30 dəqiqə arasında dəyişir. Adətən bir seans tətbiq edilir.

Doldurulacaq nahiyəyə prosedurdan əvvəl yerli  anestetik kremlər tətbiq edilə bilər.

Dolğu dərinin altına incə iynələr və ya kanüllər vasitəsilə yeridilir. Bu müddət ərzində yüngül batma və yanma hiss oluna bilər.

Prosedurdan sonra inyeksiya yerlərində yarana biləcək yüngül qızartı və şişkinliyi azaltmaq üçün 15-20 dəqiqə ərzində buz gelləri çəkilə və yaxud ödem azaldan kremlər tətbiq oluna bilər.

 

Prosedurdan sonra nələrə diqqət edilməlidir?

1. Prosedurdan dərhal sonra gündəlik fəaliyyətinizə qayıda bilərsiniz.

2. İynənin vurulduğu yerlərə 8 saat ərzində masaj edilməməlidir.

3. Prosedurdan sonra ilk 2-3 gündə ödem meydana gələ bilər, xüsusilə dodaqlar kimi yumşaq dolğu tətbiq olunan bölgələrdə ödem ola bilər. Lazım olduqda həkiminiz ödemi azaltmaq üçün kremlər tövsiyə edəcək.

4. Daha əvvəl dolğu etdirmisinizsə və yan təsirləri olubsa, bunu mütləq dermatoloqunuza bildirin.

 

Kosmetik Dermatoloq Dr Mehdi Mahmudi

Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w

Şərhlər