Dermatoloq Mehdi Mahmudi | Dermatoloji Xidmətlər Sızanaq, Ziyil, Xal, Ekzema və s

DERMATOLOGİYA

by Dermatoloq 373 Baxış Şərh

Sızanaq müalicəsi üsulları

Sızanaqlar müalicə edilə bilən bir xəstəlikdir; Ancaq bütün sızanaqlar eyni şəkildə müalicə olunmur. Bu səbəblə sızanaq müalicəsini mütəxəssis həkimlər tərəfindən planlaşdırmaq və izləmək ən yaxşısıdır. Müalicə üsulu və müddəti, sızanaqların şiddətinə və yayılmasına və insanın ümumi sağlamlıq vəziyyəti nəzərə alınaraq insanın yaşına görə təyin olunur. Sızanaq müalicəsi 1-2 həftə kimi qısa müddətdə bitmir; Dermatoloq Mehdi Mahmudi 3 aylıq müddətdə Akne vulqaris xəstəliyinə aid müalicə metodunu istifadə edir.

 

Ziyilləri necə müalicə etmək olar?

Normalda, ziyillərin çoxu bədənə zərər verməsədə sürətli şəkildə yarandıqları yerdə çoxalmağa başlayırlar. Kosmetik olaraq narahatlıq yaradırsa və ya cinsiyyət bölgəsində meydana gəlirsə, müalicə edilməlidir. Eyni, ayaq altındakı gəzinti zamanı ağrıya səbəb olan ziyillərə aiddir. Dermatoloq Mehdi Mahmudi ziyil müalicəsini Salutem Dermatoloji Klinikada həyata keçirir.

 

Ekzema necə müalicə olunur?

Ekzema olan insanların dərisi çox həssasdır. Bu səbəblə qıcıqlandırıcı maddələrdən xüsusilə çəkinmələri tövsiyə olunur. Ekzemaya səbəb olan amilləri araşdırmaq və onlara qarşı qoruyucu tədbirlər görmək vacibdir. (Kimyəvi maddələrlə təmas, tez-tez əl yuma vərdişləri, kosmetik məhsullardan sui-istifadə, qida ilə iltihablanan ekzema ... və s.)

 

Dermatoloq Doktorumuz Dr.Mehdi Mahmudi dəri xəstəlikləri barədə nələri deyir?

Həkim Dr Mehdi Mahmudi sizə məlumat vermək üçün bu ümumi məlumatları təqdim etdi, lakin bu məlumatlar hər kəs üçün eyni olmaya bilər. Hansı müalicənin aparılması kimi məsələlərdə internetdəki məlumatlara etibar etməməyiniz tövsiyə olunur. Dermatoloq dəri xəstəliyinə dəqiq diaqnoz təyin etdikdən sonra müalicə protokolu dərinin vəziyyətinə və tətbiq ediləcək sahəyə görə təyin olunur. Ətraflı məlumat və randevu almaq üçün Dermatoloq Mehdi Mahmudiyə müraciər edəbilər və Salutem Dermatoloji Klinika'ya zəng edə bilərsiniz

Şərhlər