Dermatoloq / Dermatoloq Hekim Müalicəsi / Müxtəlif Dermatoloji Prosedurlar
Akne vulqaris (Sızanaq haqqında)
Akneləri müalicə etmək akne izlərini müalicə etməkdən hər zaman daha asandır. Buna görə də zamanında dermatoloqa müraciət etmək lazımdır, gecikdirilmiş akne müalicəsində iz qalma ehtimalı çox yüksəkdir. Akne izlərinin müxtəlif növləri vardır:
1) Akne ləkələri - post inflamatuar eritrema (PİE) və post inflamatuar hiperpiqmentasiya (PİH) şəklində ola bilər.
2) Skarlar (çapıqlar) - atrofik və hipertrofik ola bilər.
Melazma (Günəş ləkəsi haqqında)
Melazma dəridə qəhvəyi rəngli ləkələrin olması ilə xarakterizə olunan dəri xəstəliyidir. Bu, dəridəki melanosit hüceyrələri tərəfindən həddindən artıq melaninin istehsalı ilə əlaqədardır. Melanositlər dəridə piqment əmələ gətirən və toplayan hüceyrələrdir. Melazma ilk növbədə üz dərisində hiperpiqmentasiyası ilə xarakterizə olunur. Melazma adətən alın, yanaq, çənə və dodağın üst hissəsində rast gəlinir. Bədənin uzun müddət günəşə məruz qalan digər hissələrində də inkişaf edə bilər.
Hamiləlik dövründə görülən melazmaya “hamiləlik maskası” və ya “xloazma” deyilir.
İrqi və genetik meyllilik melazmanın əmələ gəlməsində ən mühüm faktordur. Dərinin rəngi nisbətən tünd olan 20-50 yaş arası qadınlarda daha çox rast gəlinir. Kişilərdə də müşahidə oluna bilər.
Melazmanın səbəbi dəqiq bilinməsə də, fotohəssaslıq və günəşə uzun müddət məruz qalma, hormonal dəyişikliklər, hormon əvəzedici müalicələr (estrogen, progesteron, tiroid və s.), antibiotiklər, antidepressantlar, doğuşa nəzarət həbləri, kimyəvi kosmetik məhsullar, dərini qıcıqlandıran maskalar, sərt epilyasiya prosedurları və s. melanin istehsalında artıma səbəb olaraq melazma riskini artırır.
Xal götürülməsi (Xal haqqında)
Xallar dermatoskop ilə müayinə olunandan sonra Erbium YAG və CO2 lazer (double laser technique ) vasitəsi ilə götürülür. Xallara bu formada müdaxilə edəndə fəsadlar olmur və iz qalmaq ehtimalı da çox azalır.
- Bütün Dermatoloji problemlər üçün Dermatoloq Dr.Mehdi Mahmudi ilə əlaqə saxlaya bilərsiniz:
DermatoloqDr Mehdi Mahmudi
Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w
Şərhlər