PROBLEMLİ VƏ YAĞLI DƏRİ ÜÇÜN MƏSLƏHƏTLƏR
Dəridə yağlı parıltı və sızanaqlar yarananda, onun vəziyyəti əsl problemə çevrilir. Sızanaqlar nəzarət altından çıxdıqda isə, çoxlu sayda problem yarada bilər. Nə yaxşı ki, bütün bu bəlalar keçmişdə qaldı. İndi hətta yağlı dəri ilə belə mükəmməl üz rənginə sahib olmaq tamamilə mümkündür!
Yağlı Dəri Haqqında Nələri Bilmək Lazımdır ?
Yağlı dəri özünə lazım olandan daha artıq dəri piyi ifraz etməyə meyillidir. Bunun günahı bir sıra səbəbdə ola bilər: genetik meyl, stres, hormonal pozuntular, qeyri-sağlam həyat tərzi – bütün bunlar piy vəzilərinin fəallığını stimullaşdırır və dəridə çirklənmələrin yaranmasına gətirib çıxarır.
BÜTÜN BU SİMPTOMLAR DƏRİNİN YAĞLI OLMASINA İŞARƏ EDİR!
1.Yağlı parıltı: dəri piyi gözə çarpandır, o, dəridə yağlı təbəqəni xatırladır.
2.Genişlənmiş məsamələr: əgər dəri həddən artıq dəri yağı ifraz edirsə, məsamələrin divarları daima genişlənmiş olur.
3.Sarımtıl üz rəngi: qanın yağlı dəriyə axını pozulub, bu səbəbdən üz rəngi çox vaxt qeyri-sağlam olur.
4.T-zonasında sızanaqlar: alın, burun və çənədəki dəri çirklənmələrdən xüsusilə əziyyət çəkir.
SƏBƏB VƏ NƏTİCƏ – SIZANAQLAR HARADAN YARANIR?
Piy vəziləri dermisdə yerləşir və birbaşa tük follikuları ilə əlaqəlidir. Əgər piy vəzi həddən artıq piy ifraz edirsə, tük follikuları tıxanır və dəridə aydın görünən sızanaqlar yaranır. Piy vəzinin artıqları dərinin təbii turşu mantiyası balansını pozur. Məsamələrə bakteriyalar düşə bilər və bu halda dəridə iltihab yaranır. Qara nöqtələr və onların yaranma səbəbləri haqda daha çox burada öyrənmək olar.
Dermatoloq Dr Mehdi Mahmudi
Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w
Şərhlər