Dermatoloji | Dermatoloq Kosmetoloq | Dəri Həkimi
Dermatoloq Məsləhəti, Dermatoloji problemlərə aid: Sızanaq, Akne, Dəri, Saç Tökülməsi, Dırnaq Xəstəlikləri, Gənə, Xal, Lazer və s xəstəliklərin müalicəsi
Dermatologiyada tətbiq olunan bəzi diaqnoz və müalicə üsulları:
Dərinin biopsiyası: Diaqnozu təsdiqləmək üçün şübhəli xəstəlik sahəsindən müxtəlif ölçülü parçaların götürülməsi prosesidir. Lokal anesteziya altında aparılan prosedurda götürülən material müayinə üçün patologiyaya göndərilir.
Kriyoterapiya: Dəridəki lezyonların müalicəsi üçün tətbiq edilən dondurma üsuludur. -196 dərəcə maye azot tətbiqi ilə ziyil, dəri xərçəngi, kallus, günəş ləkələri, genital ziyil və molluscum contagiosum kimi müxtəlif dəri xəstəliklərinin müalicəsində istifadə olunur.
Elektrokoterizasiya: Bu, elektrik cərəyanından istifadə edərək lezyonları müalicə etmək və ya qanaxmanı dayandırmaq üçün istifadə edilən üsuldur. Xal, ziyil, yağ hiperplaziyası, piogen qranuloma, seboreik keratoz kimi xəstəliklərin müalicəsində istifadə olunur.
Dermatoskopiya: Dermatosop ilə xal və piqmentsiz lezyonların tədqiqi ilə yanaşı, dəridəki anormal elementlər, parazitlər, dəri şişləri və damarlarla əlaqəli pozğunluqlar ətraflı şəkildə müayinə edilir.
Bədən xallarının tədqiqi: Hətta sağlam insanların da müntəzəm olaraq etməli olduğu müayinə - bədənin xal xəritəsi dəri xərçənginin erkən diaqnozunda böyük rol oynayır.
Allerqoloji testlər: Prick və Patch testi allergiyanın nəyə qarşı və nə dərəcədə şiddətli olduğunu müəyyən etmək üçün allergiya şübhəsi olan şəxslərdə aparılır.
Fototerapiya: İşıq terapiyası kimi tanınan fototerapiya səbəbi bilinməyən qaşınma, vitiliqo və psoriaz xəstəliyinin müalicəsində istifadə edilə bilər.
Dermatokosmetik prosedurlar:
Botox proseduru: Qırışların, həmçinin ovuc içi, ayaq altı və qolaltı tərləmə müalicəsində istifadə olunur.
PRP müalicəsi: İncə qırışların, ləkələrin, çapıqların və dəri çatlarının müalicəsində istifadə olunur.
Kimyəvi Pilinqlər: Dəridə yaranan arzuolunmaz ləkələri aradan qaldırmaq, dərini canlandırmaq üçün dəriyə tətbiq olunan müxtəlif tərkibli kokteylləri əhatə edir, sızanaq izlərini aradan qaldırır və dərinin görünüşünü yaxşılaşdırır.
Dolğu prosedurları: Estetik məqsədlə tətbiq edilən dolğu, dəridəki incə və dərin qırışların aradan qaldırılması, dəridəki həcm itkisinin və çuxurların yox edilməsi məqsədiylə dəri altına tətbiq olunan xüsusi inyeksiya müalicəsidir.
Mezoterapiya: Dəri çatları, selülit problemləri, günəş ləkələri, saç tökülməsi kimi bir çox xəstəliyin müalicəsində istifadə edilən
Lazer müalicələri: Lazerlər (fraksional lazer, ND yag lazer, erbium lazer, Q-Switch lazer və s.) dərinin cavanlaşdırılması və qırışların qarşısının alınması, sızanaqların, çapıqların, cərrahi çapıqların azaldılması, üz qızartılarının aradan qaldırılması, tatuajın silinməsi, anadangəlmə ləkələrin aradan qaldırılması məqsədilə istifadə edilir.
Dermatoloqa nə vaxt gedilməlidir?
Dəridə, saçda, dırnaqlarda və ağızda yaralar, çapıqlar və ya narahatedici görünüş olduqda;
Cinsiyyət orqanlarında və ya qasıqda ziyil, yara, qızartı və sərtlik olduqda;
Saç tökülməsi, seyrəlməsi zamanı;
Dərinin zədələnməsi əlamətləri olduqda;
Sızanaq (Akne Vulgaris) xəstəliyi olduqda:
Dəri səthində istənilməyən xalların və digər törəmələrin kənarlaşdırılması zamanı;
Botoks, dolğu, lazer, prp, mezoterapiya, mikroneedling və s. kimi bir çox prosedurlara ehtiyac olduqda mütəxəssis dermatoloqa müraciət edilməlidir.
- Bütün Dermatoloji problemlər üçün Dermatoloq Dr.Mehdi Mahmudi ilə əlaqə saxlaya bilərsiniz:
Dermatoloq Dr Mehdi Mahmudi
Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5
Şərhlər