Dərinin təmizlənməsi və gündəlik qulluq tövsiyələri - Dermatoloq Hekim

DERMATOLOGİYA

by Dermatoloq 452 Baxış Şərh

Dərinin təmizlənməsi və gündəlik qulluq tövsiyələri - Dermatoloq Hekim

ss

 

Dəridə yığılmış ölü təbəqənin təmizlənməsi, dərinin elastikliyini və nəmliyini təmin etmək, komedon və sızanaq əmələ gəlməsinin qarşısını almaq üçün edilən tətbiqlərə dəri baxımı deyilir.  

 

Dəriyə qulluq üçün evdə nələr edilə bilər?

 

İnsanlar gündəlik, həftəlik və aylıq olaraq təbii və kosmetik baxım məhsullarla dəriyə qulluq edə bilərlər. Gündəlik dəriyə qulluq təmizləmə, nəmləndirmə və baxım mərhələlərindən ibarətdir.

 

Dərinin təmizlənməsi necə aparılır?

 

Dərinin təmizlənməsi gündəlik, səhər və axşam yumşaq spirtsiz qıcıqlandırıcı olmayan təmizləyici ilə edilə bilər.  Dərinin təmizlənməsi yağsız maye məhsullar və kremlərlə edilə bilər. Mütləq dərinizin tipinə uyğun təmizləyici məhsul seçin (yağlı, quru, normal dərilər üçün). Makiyajı gün sonunda mütləq təmizləyin. Tonal krem ​​məsamələri bağlayır və qara nöqtələrin əmələ gəlməsini artırır.

 

Məsamələri sıxlaşdırmaq üçün hansı məhsullar istifadə edilməlidir?

 

Yağlı, normal və quru dərilər üçün istehsal olunan toniklər təravətləndirici təsirə malikdir. Toniklər dəriyə üz yuma geli ilə yuyuduldan sonra tətbiq olunur. Tonik məsamələri sıxan, dəridə təravətləndirici təsir buraxan, təmizləyici məhsulun dəridəki qalıqlarını çıxaran məhsullardır.

 

Nəmləndirici istifadə etmək lazımdırmı?

 

Sağlam, yumşaq görünüş üçün dərinin nəm balansını qorumaq lazımdır.  Nəmləndiricilər dərinizə su saxlamağa imkan verir, susuz dəri quruyur, qabıqlanma olur. Dərinizi xarici təsirlərdən qorumaq və nəmləndirmək üçün dəri tipinizə uyğun nəmləndirici gündüz və gecə kremi kimi istifadə edilməlidir.  Nəmləndiricilər seçərkən dəri tipinizə uyğun seçin (yağlı/quru/qarışıq);  yaşınıza uyğun qocalma əleyhinə (anti-aging) xüsusiyyətləri olanları da seçə bilərsiniz.

 

Dərinin aşınmasının və deformasiyasının qarşısını almaq, onu xarici amillərdən qorumaq, dərini qidalandırmaq və yeniləmək üçün dəri uyğun təmizləyici ilə təmizləndikdən sonra tonik çəkilməlidir. Bunun xaricində dəriyə gündəlik, həftəlik və aylıq qulluq edilə bilər. Bu qulluq vasitələri və pilinqlərin tərkibində dərmana bənzər maddələr olduğundan dermatoloqla məsləhətləşərək istifadə edilməlidir. Ev tipi olmayan pilinqlər tibb işçiləri tərəfindən tətbiq edilməlidir.  Bu qrupdakı kosmetik təsirli maddələr aşağıdakılardır:

 

Alfa hidroksi turşuları: Meyvə turşuları kimi də tanınır. Dərinin soyulması, incə qırışların azaldılması, dərinin parlaqlığının artırılması, dəri tonunun açılması, günəş ləkələri, sızanaq izləri və yaşlanma əleyhinə istifadə olunur. Həmçinin daha güclü formulalar xəstəxana və klinikalarda dəri soyucu kimi tətbiq olunur.

 

Vitaminlər:

 

A, E, C vitaminləri, pantenol (B5) dəri vasitəsilə sorulur və müvafiq səviyyədə istifadə edildikdə təhlükəsizdir. Vitamin A günəşlə əlaqəli zədələri, dəri qırışlarını, günəş ləkələrini və çatları aradan qaldırmaq üçün kremlər və losyonlarda istifadə olunur. Vitamin E qocalmanı gecikdirmək, qırışları azaltmaq, saç böyüməsini artırmaq və saçları qidalandırmaq, günəşin zərərindən qorumaq üçün şampunların, kremlərin və dodaq boyalarının tərkibinə daxildir. Pantenol dəri və saç üzərində nəmləndirici təsirinə görə kremlərdə, şampunlarda və saç düzümü məhsullarında olur.

 

Bitki mənşəli maddələr: 

Aloea vera, β-qlükanlar, yaşıl çay ekstraktı qocalmanı gecikdirə bilər.

 

Bioloji amillər: 

Kollagen, elastin, hialuron turşusu, plasenta ekstraktları nəmləndirici hüceyrə regeneratorları kimi qulluq kremlərinə daxildir.  Keratin saç və dırnaqları gücləndirmək və saxlamaq məqsədi ilə saç və dırnaqlara aid qulluq məhsullarının tərkibinə daxildir.

 

Bəzi məhsullar bəzi insanlarda dərinin qıcıqlanmasına, yanmasına, və ya allergik reaksiyaya səbəb ola bilər. Xüsusilə bir çox kremi eyni anda istifadə etmək və dermatoloqa müraciət etmədən üzdə güclü pilinq etmək bu problemlərə səbəb ola bilər.  Dəriyə qulluq professional şəkildə həkim dermatoloqun nəzarəti altında olmalıdır.

 

Dermatoloq Dr Mehdi

Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w

Şərhlər