Deri Zohrevi Dr. Dermatoloq Mehdi Mahmudi
Dermatologiya - dərinin quruluşu və funksiyasını, dəri xəstəliklərinin əmələ gəlmə səbəblərini, xəstəliklərin inkişaf mexanizmini , müalicə və profilaktikasını öyrənir. (yunanca derma- dəri, logos-öyrənmək).
Dəri xəstəliklərinin əmələ gəlmə səbəbləri çoxdur və müxtəlifdir. Dəri həmişə xarici mühit faktorlarının təsirinə məruz qalır. (müxtəlif infeksiyalar, viruslar, bakteriyalar, ibtidailər, isti və soyuğa, müxtəlif kimyəvi maddələrə və s.)
Dəri qan-damar, limfa və sinir sistemi vasitəsilə bütün orqanizmlə sıx əlaqədardır. Buna görə də müxtəlif üzvlərdə gedən fizioloji və patoloji proseslər dəriyə müəyyən dərəcədə təsir göstərir.Həmin proseslərin bir çoxu isə dərinin iştirakı ilə gedir. Buna görə də daxili orqanların hər hansı bir xəstəliyi dəriyə də təsir göstərə bilər və dəridə müəyyən dəyişikliklərin yaranmasına səbəb ola bilər.
Dərinin virus xəstəlikləri:
- Papillomalar
- Sadə herpes (herpes simplex)
- Kəmərləyici herpes (herpes zoster)
- Kandilomalar
Dərinin allergik xəstəlikləri:
- Atopik dermatit
- Kvinke ödemi
- Məxmərək
- Kontakt dermatitləri
- Ekzema
- Neyrodermatit
Piodermitlər (dərinin irinli xəstəlikləri):
- Stafilakokk piodermitləri
- Follikulit
- Furunkul
- Karbunkul
- Hidradenit
Dərinin parazitar xəstəlikləri:
- Qoturluq
- Bitlilik
Seboreya, akne (sızanaqlar)
Mikozlar
Psoriaz
Vitiliqo
Tük və dırnaq xəstəlikləri və s.
- Bütün Dermatoloji problemlər üçün Dermatoloq Dr.Mehdi Mahmudi ilə əlaqə saxlaya bilərsiniz:
Dermatoloq Mehdi Mahmudi
Əlaqə: (+994) 50 519 42 19
Şərhlər