Bazal hüceyrəli karsinoma nədir? Müalicəsi necədir?

DERMATOLOGİYA

by Dermatoloq 579 Baxış Şərh

Bazal hüceyrəli karsinoma nədir? Müalicəsi necədir?

ss

 

Bazal hüceyrəli karsinoma (BCC) ən çox rast gəlinən dəri xərçəngidir. Adətən baş və boyun kimi günəş işığına ən çox məruz qalan bölgələrdə baş versə də, nadir hallarda bədənin hər hansı bir nahiyəsində də inkişaf edə bilər.

 

Bazal hüceyrəli karsinoma (BCC) simptomları:

BCC dəridə müxtəlif əlamətlərlə özünü göstərir. Yavaş böyüyür, sulana və qabıqlana bilir, asanlıqla qanaxmağa meyllidir. Dərinizdə bu xüsusiyyətlərdən birinə malik olan törəmə və ya sağalmayan yara varsa dərhal dermatoloqa müraciət etməlisiniz. Törəmənin və ya yaranın sizə problem, ağrı və ya qaşınma verməsi fərq etməz. 

 

BHK diaqnozu necə qoyulur? 

Dəri xərçənginin dəqiq diaqnozu dərinizdən biopsiya alınaraq patoloji müayinə ilə qoyulur. BCC-dən şübhələndiyiniz zaman və dermatoloqa müraciət etdikdə həkiminiz müayinədən sonra biopsiya olub-olmamağa qərar verir. Biopsiya lokal anesteziya ilə həyata keçirilən asan bir prosedurdur. Yerli anesteziya ilə nahiyə anesteziya edildikdə həkiminiz xəstə nahiyədən kiçik bir dəri parçası götürür və bu parça mikroskop altında araşdırılır və diaqnoz qoyulur.

 

BHK-nın səbəbi nədir?

Günəş işığı və ya bronzlaşmaq üçün istifadə edilən süni UV şüaları BCC-nin səbəblərindən biridir. UV şüaları dəriyə düşdükdən sonra dəri hüceyrələrimizi zədələyir.  Bədən bu zədəni bərpa etməyə çalışır. Ancaq şüalar dəriyə təsir etməyə davam edərsə, hüceyrə zədəsini bərpa etmək mümkün deyil. Bu zaman dəri xərçəngi yaranır. Dəri xərçəngi çox vaxt günəşə məruz qaldıqdan illər sonra yaranır.  Biopsiyadan sonra diaqnoz dəqiqləşdikdə, dermatoloqunuz hansı müalicənin sizin üçün ən uyğun olacağına qərar verəcək. Demək olar ki, bütün BCC-lər erkən diaqnoz və müalicə ilə tamamilə sağalır.

 

Bazal hüceyrəli karsinoma müalicəsi necədir?

 

Eksizyon: Müalicə ediləcək sahəni keyləşdirdikdən sonra qalan şişin və şiş ətrafındakı normal görünən dərinin bir hissəsinin kəsilməsi və çıxarılması prosesidir.

 

Küretaj və elektrodezikasiya: İki addım var. Şiş hüceyrələri əvvəlcə təmizlənir, sonra qalan xərçəng hüceyrələrini məhv etmək üçün elektrik cərəyanından istifadə edərək yandırılır.

 

Mohs cərrahiyyəsi: Müalicəsi çətin olan BCC üçün yüksək sağalma nisbətlərini təmin edir. Bu üsul geniş tətbiq edilmir.

 

Kriocərrahiyyə: Xərçəng hüceyrələrini maye azotla donduraraq xərçəng hüceyrələrinin ölümünü təmin edən bir üsuldur.

 

Radioterapiya: Cərrahiyyə əməliyyatı keçirə bilməyən və irəli yaşda olan xəstələr üçün istifadə olunur.

 

Fotodinamik terapiya: Bu müalicədə erkən dəri xərçəngini aradan qaldırmaq üçün işıqdan istifadə edilir. Əvvəlcə dəriyə kimyəvi maddə tətbiq olunur. Bu kimyəvi maddə dəridə bir müddət qalır və sorulur. Daha sonra dəri xərçəng hüceyrələrini öldürmək üçün xüsusi bir işığa məruz qalır. Həmçinin müalicədə müxtəlif kremlər və həblərdə n də istifadə olunur. BCC keçirən xəstələr dermatoloqlar tərəfindən müntəzəm olaraq izlənilməlidir. Ən ölümcül dəri xərçəngi belə erkən aşkar edilərsə tez-tez sağalır. Bundan əlavə, xəstə dəri xərçənginin inkişafı üçün özünü müayinə etməyi öyrənməlidir. Dəridə böyümə, qanaxma və ya hər hansı bir dəyişiklik müşahidə edilərsə, dərhal bir dermatoloqa müraciət edilməlidir.

 

Özümü BHK-dan necə qorumalıyam?

BHK-dan qorunmaq üçün günəşdən və bronzlaşmadan qorunmaq lazımdır. Yay və qış aylarında günəşdən qoruyucu krem və günəşdən qoruyan da dodaq balzamından istifadə edilməlidir. Geniş təsir spektrli (UVA/UVB) və suya davamlı, SPF qoruma faktoru ən azı 30 olmalıdır. Çölə çıxmadan 15 dəqiqə əvvəl paltarla örtülməyən bütün bədənin quru dərisinə çəkilməli, günəşdən qoruyucu krem ​​2-3 saatdan bir yenilənməlidir. Geniş kənarlı papaq, uzunqol paltar və şalvar geyinilməlidir.Həmçinin göz ətrafındakı dərini qorumaq üçün gün eynəklərindən istifadə edilməlidir. Mümkün qədər 11:00-16:00 saat aralığında çölə çıxmamalısınız. Unutmaq olmaz ki, günəşə məruz qalmanın çox hissəsi uşaqlıq dövründə baş verdiyindən, gələcəkdə bazal hüceyrəli karsinomanın yaranmasın deyə uşaqları mütləq günəş şüalarından qorumaq lazımdır. Bunlar nəzərə alınarsa, bazal hüceyrəli karsinoma riski minimuma endirilir.

 

Dermatoloq  Dr Mehdi Mahmudi

Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w

Şərhlər