Akne vulgaris (sızanaq) nədir? Akne müalicəsi necədir? Postakne ləkələrin və çapıqların müalicəsi necədir?

DERMATOLOGİYA

by Dermatoloq 688 Baxış Şərh

Akne vulgaris (sızanaq) nədir? Akne müalicəsi necədir? Postakne ləkələrin və çapıqların müalicəsi necədir?

ss

 

Akne vulgaris tük folikullarının və yağ vəzilərinin (dəri altında yağ istehsal edə vəzilərin) tıxanması ilə sızanaqların əmələ gəlməsinə səbəb olan bir dəri xəstəliyidir. 

 

Sızanaqlar adətən yeniyetməlik dövründə, 10-13 yaş arasında başlayır və yağlı dərili insanlarda daha çox təsadüf olunur. Yeniyetməlik sızanaqları adətən 5-10 il davam edir, adətən 20-ci illərin əvvəllərində sona çatır. Ancaq sızanaqlar daha irəli yaşlarda da çox təsadüf olunan dəri xəstəliyidir.

 

Sızanaqlar ən çox üzdə olur, lakin boyun, sinə, kürək, çiyinlər və qolların yuxarı hissəsində də görünə bilər.  Məşhur inancın əksinə olaraq, sızanaqlar zərərli qidalanma və pis gigiyenadan qaynaqlanmır.  Sızanaqların əsas səbəbi hormonlar və irsi meyldir.

 

 Sızanaqlara nə səbəb olur?

 

Hormonlar. Yeniyetmələrdə sızanaqlar hormon istehsalının artması ilə başlayır. Yetkinlik dövründə həm oğlanlar, həm də qızlar yüksək səviyyədə androgenlər istehsal edirlər, kişi cinsi hormonlarında testosteron var.  Testosteron bədənə dərinin piy vəzilərində daha çox sebum istehsal etməsi üçün siqnal verir. Sebum yəni yağ istehsalı artdıqca sızanaq yaranma ehtimalı da artır. 

 

Bakteriya. Həddindən artıq sebum tük follikullarını, xüsusən də üzdə, boyunda, sinədə və kürəkdə olanları tıxayır. Bakteriyalar bu tıxanmış follikullarda çoxalır. Bu, "komedonlar" olaraq da bilinən qara nöqtələr və ya ağ nöqtələrə səbəb olur. Prosesin dərinləşməsi nəticəsində papula və pustu tipli səpkilər yaranır ki, buna da iltihablı sızanaq deyilir.  Daha ağır hallarda nodul, kista tipli şiddətli sızanaqlar müşahidə olunur. 

 

Doğuşa nəzarət həblərinin növündən asılı olaraq, oral kontraseptivlər bəzən qadınlarda sızanaqları tətikləyə bilir, digərlərində isə sızanaqları azalda bilər. İdmançılar tərəfindən qəbul edilən anabolik steroidlər də şiddətli sızanaqlara səbəb ola bilər. Gəncliyində heç vaxt sızanaqları olmayan və yetkinlik dövründə davamlı sızanaqları olan insanlar da kifayət qədər çoxdur.

 

Akne vulgarisin müalicəsinə nə qədər tez başlanılsa, o qədər yaxşı nəticə əldə edilir.

   

Akne vulgarisin müalicəsi necədir? 

 

Yaxşı nəticə əldə etmək üçün müalicə kompleks şəkildə aparılır. Həm losyon, kremlər, həm müxtəlif prosedurlar (elos sızanaq müalicəsi,  mikrodermabraziya), həm də daxildən müalicə olunur.

 

Antibiotiklər. Antibiotiklər dərinin səthinə tətbiq oluna (topikal) və ya oral olaraq (sistemik) qəbul edilə bilər. Onlar sızanaqlara səbəb olan bakteriyaları təmizləmək və iltihabı azaltmaqla təsir göstərir. Sistemik antibiotiklər bütün bədəndə və yağ vəzilərində dolaşarkən, topikal antibiotiklər dəriyə nüfuz etmək və daha dərin yerləşmiş sızanaqlara təsir etmək üçün kifayət deyil.

 

Retinoidlər və ya A vitamini törəmələri. Bu dərmanlar topikal və ya oral istifadə olunur. Dərini yeniləyərək orta və şiddətli sızanaqlara qarşı mübarizə aparır. 

 

Şiddətli kistik sızanaqlar üçün retinoidlər ən təsirli müalicədir. Bu dərman sızanaqların bütün səbəblərinə müdaxilə edən yeganə dərmandır. Digər müalicələrə cavab verməyən şiddətli sızanaqları müalicə edir.  Bütün dərman preparatları yalnız və yalnız həkim dermatoloqun göstərişi və nəzarəti altında qəbul edilməlidir. Müalicə bitdikdən sonra dermatoloqun təyin etdiyi aralıqlarla müayinəyə gələrək, dəriyə daimi şəkildə qulluq və nəzarət edilməlidir.

 

 Postakne çapıqların və izlərin müalicəsi.

 

Yüngül sızanaqlar öz-özünə sağalır və adətən dəridə heç bir iz qoymur. Lakin dəri altında düyün və kistaların əmələ gəlməsi ilə özünü göstərən şiddətli sızanaqlar öz-özünə keçmir və bəzən çapıq buraxaraq sağalır. 

 

 Sızanaq çapıqlarının neçə növü var?

 

Səthi sızanaq çapıqları.

 

Sızanaq dərinin yuxarı təbəqələrinə təsir etdikdə baş verir. Onlar adətən dəri səviyyəsində və ya dəridən çox az çökəklik ilə özünü göstərən qırmızı rəngli izlərdir.

 

Dərin sızanaq çapıqları.

 

1. Icepick skar

Onlar kəskin haşiyəli, diametri 2 mm-dən az və dərinliyi 2 mm olan, mismarla deşilmiş kimi dəri görünüşü yaradan sızanaq çapıqlarıdır. Onun dərinliyi dərialtı piy toxumasına qədər uzana bilər 

 

2. Boxcar skar

Onlar yuvarlaq və ya oval formalı, dəridən şaquli çökməni göstərən 0,5 mm dərinlikdə sızanaq çapıqlarıdır, kəskin kənarları var və krater görünüşünə malikdir. Onlar Icepick skar qədər dərin çapıq qoymur.

 

3.Rolling skar. 

Dəridə dalğalı bir görünüşə səbəb olan və 4 mm dərinlikdə çökəklik ilə xarakterizə olunan sızanaq izləridir.

  

Sizi çapıq müalicəsində istifadə edilən, eyni zamanda tərəfimizdən tətbiq edilən ən son müalicə metodları ilə ətraflı şəkildə tanış edirik.

 

Sızanaq çapıqlarının fraksional CO2 lazerlə müalicəsi.

Həm dərinin üst qatını soyaraq, həm də dərinin alt qatlarında kollagen istehsalını artıraraq təsir göstərir. Xüsusilə dərin sızanaq çapıqlarının müalicəsində effektivdir.  Dərin sızanaq izlərinin müalicəsi üçün 1-2 ay ara ilə 4-8 seans tətbiq etmək lazımdır.Yüngül sızanaq çapıqlarının müalicəsi üçün 1 aylıq fasilələrlə 2-4 seans tətbiq edilir. Antibiotik,nəmləndirici və günəşdən qoruyucu kremlərdən istifadə edilməlidir. Tətbiq edildikdən sonra yüksək faktorlu günəş kremi istifadə edilməlidir.Yayda tətbiq edilməsi məsləhət görülmür.

 

Qızıl iynə radiofrekans ilə sızanaq çapıqlarının müalicəsi.

Qızıl iynə radiofrekans 2 şəkildə təsir edir. İlk istifadə edilən mikro iynələr vasitəsilə dəridə kontollu şəkildə kiçik dəliklər açılır, nəticədə dərini yenilənir.  Digər tərəfdən mikroiynələr vasitəsilə dəri altına verilən radiotezlik enerjisinin təsiri ilə dəri altında temperaturun artması təmin edilir. Bu vəziyyət həm kollagen liflərinin qısalmasına, həm də fibroblastların aktivləşməsi nəticəsində dəri altında kollagen istehsalının artmasına səbəb olur. Belə ki, dəri zamanla dartılır və yenilənir. Sızanaq izlərinin müalicəsi üçün 1 ay ara ilə 2-4 seans tətbiq olunur. PRP və mezoterapiya ilə birlikdə istifadə edilərsə effektivliyi artır. Qızıl iynə radiotezlik tətbiqindən sonra azacıq eritema və nöqtəvari qanama görünə bilər və bu vəziyyət 3 saat ərzində düzəlir. Müalicədən dərhal sonra soyuq kompres tətbiq edilir və 1 həftə nəmləndirici istifadə olunur.Tətbiqdən dərhal sonra xəstə gündəlik həyata qayıda bilir. Fraksional CO2-dən fərqli olaraq, lazer tətbiq edildikdən sonra dəri soyulmur və yay aylarında təhlükəsiz şəkildə tətbiq oluna bilər.

 

PRP və mezoterapiya ilə sızanaq izlərinin müalicəsi.    PRP və mezoterapiya kollagenin istehsalını stimullaşdırmaqla dərinin üst qatlarının yenilənməsini təmin edir və sızanaq izləri azalır. Ümumiyyətlə yüngül və səthi sızanaq izlərinin müalicəsində təsirlidir. Dərin sızanaq izlərinin müalicəsində effektiv deyil.  Ancaq dərin sızanaq izlərinin müalicəsində istifadə edilən fraksional  lazer və qızıl iynə radiotezliyi kimi üsullarla birlikdə tətbiq edərək bu üsulların effektivliyini artırır. PRP və mezoterapiya çox vaxt lokal inyeksiya və ya mikro iynə üsulları ilə dəriyə tətbiq edilir. 4-8 seanslar 2-4 həftəlik fasilələrlə tətbiq oluna bilər. Xəstə tətbiq edildikdən dərhal sonra gündəlik həyata qayıda bilir. Yay aylarında tətbiqi heç bir problem yaratmır.

 

Sızanaq və sızanaq çapıqlarının kimyəvi pilinqlə müalicəsi. 

Səthi çapıqlarının müalicəsində təsirli olmasına baxmayaraq, onun effektivliyi dərin sızanaq izlərinin müalicəsi zəifdir. Yay aylarında kimyəvi pilinq tətbiq edilməməlidir. Salisil turşusu və qlikolik turşu pilinq ən çox sızanaq və sızanaq izlərinin müalicəsində istifadə olunur. 

 

Salisil turşusu ilə peeling xüsusilə yüngül sızanaq və sızanaq izlərinin müalicəsində təsirlidir. Aşağı intensivlikli salisilik turşu pilinqdən sonra qızartı və yüngül ödem əmələ gəlir, lakin 2 gündən sonra yox olur. Aşağı intensivlikli salisilik turşulu pilinq dəridə soyulmaya səbəb olmur. Tətbiq edildikdən dərhal sonra gündəlik həyata qayıda bilərsiniz. 1-4 həftəlik fasilələrlə 4-8 seans tətbiq olunur.Tətbiqdən sonra  Nəmləndirici və günəşdən qoruyucu krem ​​3 ay müddətində istifadə edilməlidir. 

 

Ciddi sızanaq izlərinin müalicəsində qlikolik turşulu pilinq tətbiq olunur. Aşağı intensivlikli qlikolik turşulu pilinqdən sonra 2 gün müddətində qızartı və yüngül ödem əmələ gələ bilər. Dəridə yüngül pilinq müşahidə olunur.Tətbiqdən 1 həftə sonra gündəlik həyata qayıtmaq mümkündür. 4 həftəlik fasilələrlə 4-8 seans tətbiq olunur. Tətbiq edildikdən sonra 3 ay su bazlı nəmləndirici və günəşdən qoruyucu krem ​​istifadə edilməlidir.

 

Sızanaq çapıqlarının spot TCA (trixlorasetik asid) üsulu ilə müalicəsi. Icepick sızanaq çapıqlarına 50-90% konsentrasiyada TCA tətbiq edilir. Hər tətbiqdən sonra yeni yara sağalma mexanizmi aktivləşir. Beləliklə, sızanaqla əlaqəli çökmə yerləri dəri səviyyəsinə qalxır və krater görünüşü yaxşılaşır. Adətən 4 həftəlik fasilə ilə 4 seans kifayət edir. Yayda tətbiq edilməməlidir.

 

Dermatoloqun tövsiyə etdiyi müalicəni lazımi qədər seanslarla tətbiq etdikdən sonra pasientlər çox yaxşı nəticələr əldə edirlər.

 

DermatoloqDr Mehdi Mahmudi

Prosedurlara yazılmaq üçün - (+994) 50 519 42 19
Adres: Nazim Hikmət 66, Yasamal, Bakı - Salutem Dermatoloji Klinika
Dermatoloq Dr.Mehdi Mahmudi İnstagram - https://bit.ly/3dvifdJ
Doktor WhatsAap - (+994) 51 876 43 88 - https://bit.ly/32xiv5w

Şərhlər